MWM: Ukraynaya təhvil verilən F 16 qırıcıları ümidləri doğrultmayıb

14.04.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

"Qərbin Kiyevə təhvil verdiyi dördüncü nəsil F-16 Fighting Falcon qırıcıları köhnəlmiş təyyarələrdir".

Bakıvaxtı.az xəbər verir ki, döyüş təyyarələrinin çatışmazlıqları Military Watch Magazine (MWM) tərəfindən nəşr olunan bir nəşrdə qeyd edilib.

Məlumata görə, qırıcılar NATO - ya üzv ölkələr, o cümlədən Hollandiya, Belçika və Norveç tərəfindən ikinci əldən tədarük edildiyinə görə, onlar faktiki olaraq köhnəlmiş hesab olunur.

Qeyd olunub ki, onlar Link 16 məlumat bağlantıları və ya AN/ANG-83 AESA radarları kimi həyati xüsusiyyətlərə malik deyil.

Həmçinin bildirilib ki, NATO ölkələri tərəfindən Ukraynaya təhvil verilən F-16 qırıcıları ümidləri doğrultmayıb və hərbi əməliyyatların gedişinə təsir göstərə bilməyib. 

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью