MY 100 milyonu kimlərə xərcləyəcək?

29.05.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Mançester Yunayted” yay transferlərinə təxminən 100 milyon funt sterlinq xərcləyəcək.
“The Telegraph”ın məlumatına görə, komanda avrokuboklara vəsiqə qazana bilmədiyi üçün klub xeyli sayda futbolçu ilə vidalaşmağı planlaşdırır.
Xəbərdə qeyd olunur ki, Bruno Fernandeş, Kazemiro, Antoni, Rasmus Heylunn, Tayrell Malasia və Ceydon Sanço MY-ni tərk edə bilər. Alexandro Qarnaço və Markus Reşfordun da ayrılmaq ehtimalı var.
Daha əvvəl “Yunayted”in “Vulverhempton”un hücumçusu Metyus Kunya və “İpsviç”in forvardı Liam Delapın transferlərinə yaxın olduğu bildirilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью