MY argentinalı üçün təklif hazırlayır

09.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Tottenhem”in futbolçusu Kristan Romero karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” argentinalı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. MY Romero üçün rəsmi təklif göndərməyə hazırlaşır.

Argentina millisinin də üzvü olan futbolçunun London klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimidir. Romero “Tottenhem” formasıyla 156 oyunda 13 qol vurub, 7 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью