MY daha bir nəhəngi devirdi, xal fərqi 4 ə endi

01.02.2026

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hesabat turunda Mançester nəhəngləri, eləcə də “Çelsi” və “Aston Villa” qələbə qazandı. “Qarabağ”ın sabah qarşılaşacağı “Liverpul” və “Tottenhem” xal itirdi. Lider “Arsenal”la ən yaxın izləyicisi arasındakı xal fərqi isə artıq 4-ə bərabərdi.
“Mançester Siti” “dogma divarlar” arasında “Vulverhempton”un öhdəsindən gəldi. “Şəhərlilər”in yeni ulduzu Qehi start heyətində yer aldı və Xusanovla duet təşkil etdi. “Kristal Pelas”ın sabiq müdafiəçisi həm dağıdıcılıq baxımından seçildi, həm də hücumlara qoşuldu. Oyuna fəal başlayan MS artıq 6-cı dəqiqədə hesabı açdı. Son uğursuzluqlardan qəzəblənən “şəhərlilər” “canavarlar”ın qanın içməyə hazır idi. Sa Semenyonun təhlükəli zərbəsindən sonra topu ayaqlarıyla qaytardısa, O’Raylinin zərbəsində dəqiqlik çatmadı. Hər halda, hissənin sonunda Semenyo MS-nin heyətində premyer-liqada qol hesabını açdı. Qvardiolanın komandası 2-ci hissədə gücünə qənaət etmək yolunu tutdu. Meydan sahibləri “Vulvs”u darmadağın etmək istəmədi, hərçənd elə həmin Semenyo dubl etməyə yaxın idi. Sonda komandalar hərəyə bir dəfə tiri “nişan aldı” – meydan sahiblərindən Semenyo, qonaqlardan isə Moskera. Fasilədən sonra bir qədər “artıran” premyer-liqanını sonuncusu Donnarummanın qapısına yol tapa bilmədi. MS ən azı birgünlüyə “Arsenal”la xal fərqini 4-ə endirdi, “Vulverhempton” isə yeni təqvim ilində ilk dəfə uduzdu.
Turun mərkəzi oyununda MY-ni qəbul edən “Arsenal” MS və “Aston Villa” ilə xal fərqini artıra bilmədi. Bu isə o deməkdi ki, premyer-liqada intriqa yaşayır. “Topçular”ı Karrikin gəlişindən sonra canlanan “qırmızı şeytanlar” dayandırdı. İlk yarı “Arsenal”ın diqtəsi altında keçdi, meydan sahibləri topa nəzarət edir, təzyiq göstərirdi. Amma bütün bunlar təhlükəli vəziyyətlərin dalğasıyla müşayiət olunmurdu. Hər halda, lider yarım saatın tamamında avtoqol hesabına olsa da, hesabı açdı. Ancaq MY yetərincə tez hesabı bərabərləşdirdi və meydana ağırlığını qoymağa başladı. 2-ci hissənin əvvəlində hətta qonaqlar irəli çıxdı. “Arsenal” yalnız 84-cü dəqiqədə sonradan meydana çıxan Merinonun sayəsində hesabı bərabərləşdirdi. Bu da oyunda son qol olmadı. Sona üç dəqiqə qalmış MY-nin heyətində də əvəzedici futbolçu özünü göstərdi. Kunyanın qoluna cavab vermək üçün “topçular”ın gücü qalmamışdı. Ümumiyyətlə, lider bu oyunda konsentrasiya və futbolçuların fədakarlığı baxımından “axsadı”.
“Bornmut” “Qarabağ”ın sabah qarşılaşacağı “Liverpul”u məğlub etməyi bacardı. Oyunun əvvəlində Virtslə Salah sağ cinahda “albalılar”ın müdafiəsini yarmaqla bağlı uğursuz cəhdlər etdi. Favoritin start təzyiqini dəf edən “Bornmut” isə mersisaydlıları sancmağa başladı. 26-cı dəqiqədə Skottun zərbə mövqeyinə çıxardığı Evanilson həmvətəni Alissona rəhm etmədi. 7 dəqiqə sonra isə Ximenes fərqi artırdı. Slot biabırçı oyun göstərən Qomesi hələ fasiləyə qədər əvəz etdi. Hissənin sonunda fəallaşan qonaqlar künc zərbəsindən sonra fərqi azaltdı. Amma 2-ci hissədə daha maraqlı hadisələr baş verdi. 80-ci dəqiqədə Soboslai cərimə zərbəsini möhtəşəm yerinə yetirməklə tablodakı rəqəmləri eyniləşdirdi. “Bornmut” isə hadisələrin belə axarı ilə razı deyildi. Final fiti ərəfəsində Hill autu yerinə yetirdi, Alissonun qapısı önündə Adli hamıdan cəld tərpəndi. “Bornmut” tarixində 3-cü dəfə “Liverpul”u məğlub etdi. Mersisaydlıların məğlubiyyətsiz oyunlar seriyası 13-də dayandı.
“Çelsi” ilk turda evdə “Kristal Pelas”la heç-heçə etmişdi (0:0). Amma “zadəganlar” səfərdə “qartallar”a qalib gəldi. Hərçənd ilk yarının axarı bundan xəbər vermirdi. İmkanları boşa verən meydan sahiblərini 34-cü dəqiqədə Estevao cəzalandırdı. Adı çəkilən braziliyalı fasilədən sonra Pedroya məhsuldar ötürmə də verdi. Nəhayət, 64-cü dəqiqədə penaltini qola çevirən Fernandes fərqi darmadağın həddinə çatdırdı. 72-ci dəqiqədə Uorton “Pelas”ı azlıqda qoydu. Ancaq “qartallar” məhz 10 nəfərlə təsəlli qolunu vurdu.
“Tottenhem” “Bernli” ilə səfər oyununun 90-cı dəqiqəsində məğlubiyyətdən qaçsa da, baş məşqçi Tomas Frankın istefasını tələbə edənlərin sayı bir qədər də artdı. “Mahmızlar” ardıcıl 5-ci çempionat oyununda xal itirdi. Onlar sonuncu qələbəni ötən il dekabrın 28-də “Kristal Pelas” üzərində qazanıb. Ümumiyyətlə, londonluların son 14 turda cəmi iki qələbəsi var.
Turun qalan oyunlarına gəlincə, “Aston Villa” növbəti qələbə sayəsində liderlər qrupunda yerini möhkəmlətdi. “Vest Hem” evdə “Sanderlend”ə, “Fulhem” “Brayton”a qalib gəldi, “Brentford” “doğma divarlar” arasında “Nottingem Forest”ə uduzdu.
23-cü tur
Mançester Siti – Vulverhempton 2:0
Marmuş, 6. Semenyo, 45+2. (52469)
MS: Donnarumma, Nunyeş, Xusanov, Qehi, O’Rayli, Rodri, Semenyo, Reynders (Foden, 61), B.Silva, Şerki (Holann, 73), Marmuş (Dokyu, 74).
Arsenal – Mançester Yunayted 2:3
Martines, 29-öz qapısına. Merino, 84 – Mbemo, 37. Dorqu, 51. Kunya, 87. (60296)
Arsenal: Rayya, Timber, Saliba, Qabriel, İnkapye (Uayt, 58), Edeqor (Merino, 58), Subimendi (Eze, 58), Rays, Saka, Jezus (Dyökereş, 58), Trossar (Madueke, 75).
Bornmut – Liverpul 3:2
Evanilson, 26. Ximenes, 33. Adli, 90+5 – Van Diyk, 45. Soboslai, 80. (11260)
Liverpul: Alisson, Frimponq (Cons, 59), Qomes (Endo, 35), Van Diyk, Kerkez (Robertson, 46), Qravenberx, Makallister (Ekitike, 59), Soboslai, Virts, Salah, Qakpo (Nqumoa, 74).
MY: Lammens, Dalot, Maquayr, Martines, Şou, Kazemiro, Maynu, Diallo (Mazraui, 89), Fernandeş, Dorqu (Şeşko, 81), Mbemo (Kunya, 69).
Kristal Pelas – Çelsi 1:3
Riçards, 88 – Estevao, 34. Pedro, 50. Fernandes, 64-p. (24312)
Çelsi: Sançes, Ceyms (Hato, 81), Çaloba, Badyaşil, Kukurelya, Santos, Kaysedo (Fofana, 74), Estevao (Gittens, 74), Fernandes, Neto (Hüsto, 74), Pedro (Delap, 85).
Bernli – Tottenhem 2:2
Tuanzebe, 45. Foster, 76 – Van de Ven, 38. Romero, 90. (21618)
Tottenhem: Vikario, Danso (Tel, 78), Romero (Drequşin, 90+5), Van de Ven, Porro (Udoci, 46), Bissuma (Qrey, 78), Qallaher (Skarlett, 85), Spens, Simons, Odober, Solanke.
Nyukasl – Aston Villa 0:2
Buendia, 19. Uotkins, 88. (52134)
Vest Hem – Sanderlend 3:1
Sammervill, 14. Bouen, 28-p. Fernandeş, 43 – Brobbi, 66. (62456)
Fulhem – Brayton 2:1
Çukvueze, 72. Uilson, 90+2 – Ayyari, 28. (27239)
Brentford – Nottingem Forest 0:2
Jezus, 12. Avonyi, 80. (17134)
Everton – Lids 1:1
Barri, 76 – Castin, 28.
1. Arsenal 23 15 5 3 42-17 50
2. Mançester S. 23 14 4 5 47-21 46
3. Aston Villa 23 14 4 5 35-25 46
4. Mançester Y. 23 10 8 5 41-34 38
5. Çelsi 23 10 7 6 39-25 37
6. Liverpul 23 10 6 7 35-32 36
7. Fulhem 23 10 4 9 32-32 34
8. Brentford 23 10 3 10 35-32 33
9. Nyukasl 23 9 6 8 32-29 33
10. Everton 23 9 6 8 25-26 33
11. Sanderlend 23 8 9 6 24-26 33
12. Brayton 23 7 9 7 33-31 30
13. Bornmut 23 7 9 7 38-43 30
14. Tottenhem 23 7 7 9 33-31 28
15. Kristal Pelas 23 7 7 9 24-28 28
16. Lids 23 6 8 9 31-38 26
17. Nottingem Forest 23 7 4 12 23-34 25
18. Vest Hem 23 5 5 13 27-45 20
19. Bernli 23 3 6 14 25-44 15
20. Vulverhempton 23 1 5 17 15-43 8
Bombardirlər: Holann (MS) – 20, Tyaqo (Brentford) – 16, Semenyo (Bornmut) – 11, Kalvert-Lüin (Lids) - 9.
Növbəti turun oyunları yanvarın 31-i – fevralın 2-si aralığında keçiriləcək: Brayton – Everton, Vulverhempton – Bornmut, Lids – Arsenal, Çelsi – Vest Hem, Liverpul – Nyukasl, Aston Villa – Brentford, Mançester Yunayted – Fulhem, Nottingem Forest – Kristal Pelas, Tottenhem – Mançester Siti, Sanderlend – Bernli.
Turun rəqəmi
10 – Dorqunun fərqlənməsinə şərait yaradan Bruno Fernandeş ardıcıl 2-ci mövsümdə məhsuldar ötürmələrin sayını bu həddə çatdırdı. Premyer-liqanın ən yaxşı assistenti olan portuqaliyalı yarımmüdafiəçi ötən mövsüm 36 oyunda 10 belə ötürmə ilə yadda qalmışdı. MY-nin ardıcıl iki mövsümdə minimum 10 məhsuldar ötürmə verən sonuncu oyunçusu Ueyn Runi olmuşdu (2012/13, 2013/14).
Turun ulduzu
Patrik Dorqu (MY) – Karrikin rəhbərliyi altında potensialı tam açıldı. Patrik turun mərkəzi oyununda rəqib qapısı önündə daim təhlükə yaratdı, qol da vurdu. Hətta dəfələrlə müdafiəçi yoldaşlarının da köməyinə çatdı.
Turun sitatı
Alan Şirer, sabiq ingiltərəli forvard: “Liverpul”da bütün oyun aspektlərində nəsə qaydasında deyil. Bu komandanın oyunçuları hədsiz çox səhvə yol verir, müdafiədə zəiflilər. “Bornmut”un qələbə qolunda da bunu gördük. “Liverpul” standart vəziyyətdən iki qol vursa da, oyunda yetərincə təhlükəli vəziyyət yaratmadı”.
Faktlar
* Van Diyk Hyuypiyanın “Liverpul”dakı qol rekordunu təkrarladı. Heç bir mərkəz müdafiəçisi bu komandanın heyətində premyer-liqada niderlandlıdan çox qol vurmayıb. O və finlandiyalı həmkarı 22 qol vurub. Van Diyk 2017/18 mövsümündən “Liverpul”un şərəfini qoruyur.
* “Liverpul” cari mövsümdə bütün turnirlərdə 11-ci dəfə uduzdu. Komanda sonuncu dəfə belə aqibətlə 2022/23 mövsümündə üzləşmişdi. Onda “qırmızılar” mövsümü 14 məğlubiyyətlə bitirib, 11-ci məğlubiyyət isə fevralın sonunda qeydə alınıb.
* “Liverpul” premyer-liqanın cari mövsümündə uzatma dəqiqələrində buraxılan qol hesabına 3-cü dəfə uduzdu. “Qırmızılar” 6-cı turda “Kristal Pelas”dan (1:2) həlledici qolu 97-ci, 7-ci turda “Çelsi”dən 95-ci dəqiqədə buraxmışdı. Onlar əvvəllər heç vaxt uzatma dəqiqəsində gələn qollarla bu qədər uduzmayıb.
* MY son 7 oyunda ilk dəfə premyer-liqada “Arsenal”ı məğlub etdi. Sonuncu qələbə 2022-nin sentyabrında qeydə alınmış, həmin vaxtdan bəri keçirilən 6 oyunun 5-i “topçular”ın qələbəsi ilə, 1-i heç-heçə bitmişdi.
* MY son 8 ildə ilk dəfə səfərdə “Arsenal”ı məğlub etdi. Mankunianlar bunu sonuncu dəfə 2017-nin dekabrında bacarmışdı (3:1).
* “Arsenal” iki ildən artıq idi bir oyunda 3 top buraxmırdı. Londonluları üç dəfə məyus edən sonuncu klub “Luton” olmuşdu (2023-ün dekabrında “topçular” 4:3 hesabıyla qalib gəlmişdi). Premyer-liqada isə “Arsenal” son 83 oyunda 3 qol buraxmamışdı.
* “Arsenal”ın cari mövsümdə buraxdığı top sayı 17-yə çatdı. Bununla da Mourinyonun rəhbərlik etdiyi “Çelsi”nin bir mövsümdə buraxaılan qol sayına görə rekordunun yenilənmək ehtimalı aradan qalxdı. “Zadəganlar” 2004/05 mövsümündə cəmi 15 top buraxıb.
Oyundan sonra
Pep Qvardiola, MS-nin baş məşqçisi: “Son 4-5 oyunda uduzmayan komanda ilə oyunda uğursuz seriyanı dayandırmalıydıq. Bəli, nəticədən razıyam. Həmçinin Marmuşun belə enerjili, hərəkətli olması da xoşuma gəldi. Qehi də çox yaxşı idi. “Kristal Pelas”ın kapitanı olmaq üçün xüsusi biri olmalısan. Ondan çox razıyam. Qehi və Semenyo oyun üslubumuza tez öyrəşdi”.
Arne Slot, “Liverpul”un baş məşqçisi: “0:2-ni heç-heçəyə sevirəndən sinra uzatma dəqiqələrində uduzmaq çox sərt cəzadı. İlk yarıda yalnız 5-10 dəqiqə ərzində oyunun axarına tam nəzarət edə bilməduk. Hiss edirdim ki, bir qol vursaq, hesabı da bərabərləşdirəcəyik. İkinci hissədə tam dominantlıq etdik. Son 10 dəqiqədə daha açıq oyun getdi. Futbolçularımın yorulduğunu gördüm. Ona görə ki, əvvəlki oyunun üzərindən cəmi iki gün keçmişdi”.
Maykl Karrik, MY-nin baş məşqçisi: “Qürur duyuram. Rəqib müxtəlif üsullarla bizə möhtəşəm təzyiq göstərdi, biz isə MS ilə oyundakı qədər təhlükə yarada bilmədik. Ancaq oyunun müəyyən bölümlərində çox təhlükəli olduq. Bura gəlmək, üç qol vurmaq, 0:1-dən sonra oyunu çevirmək... Ötən həftə - MS ilə oyunda asan olduğunu demək istəmirəm, ancaq onda oyunboyu ritmimizi tutduq. Bu dəfə daha çox güc sərf etməli olduq. Uşaqlarla fəxr edirəm”.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Hər şeydən əvvəl MY-nin haqqını vermək lazımdı. Rəqibə bir qol bağışladıq. Ardından onların iki gözəl imkanı və qeyri-adi zərbələri oldu, biz isə heç də ən yaxşı şəkildə oynamadıq. Oyun total nəzarətimiz altında başladı, qol vueduq, ancaq sonra təhlükəli zonalarda çox top itirdik. Belədə nəzarəti və dominantlığı əldən verdik. İndi uşaqları dəstəkləməyim lazımdı. Uduzanda onları müdafiə etməliyəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью