Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Mançester Yunayted” ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Patrik Dorqu sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqada “Arsenal”la oyunda (3:2) zədə alan 21 yaşlı futbolçu 10 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Dorqu bu mövsüm 24 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.