Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mövsümün sonunda "Mançester Yunayted"i tərk edəcəyi dəqiqləşən braziliyalı yarımmüdafiəçi Kazemiro "qırmızı şeytanlar"ın azarkeşlərinə müraciət edib.
Fanat.Az xəbər verir ki, cənubi amerikalı futbolçu sosial şəbəkə hesabında belə bir paylaşımla diqqət çəkib:
"Mərhələnin nə vaxt başa çatdığını bilmək lazımdır. Vida zamanının yetişdiyini, səni həmişə yadda saxlayıb hörmətlə anacaqlarını hiss edə bilmək vacibdir. Qarşıdakı dörd ayda klubumuzun loqosu və hədəflərimiz uğrunda bütün gücümlə mübarizə aparacağam.
"Mançester Yunayted"ə və onun əla azarkeşlərinə əbədi sayğı və bağlılıq ürəyimdə qalacaq. Əbədi "qırmızı şeytan".
Xatırladaq ki, Kazemiro MY-yə 2022-ci ildə "Real Madrid"dən transfer olunub. O vaxtdan bəri 146 matçda forma geyinən yarımmüdafiəçi 21 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 33 yaşlı oyunçunun transfer qiymətini 8 milyon avro ilə dəyərləndirir.
Nihat