Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır. "Vulverhempton"un cinah müdafiəçisi Rayan Ait-Nuri karyerasını "Mançester Yunayted"də
Fanat.Az "The Independent"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 23 yaşlı əlcəzairli futbolçunu bu qış heyətə qatmaq istəyirlər.
Mənbə MY-nin baş məşqçisi Ruben Amorimin Ait-Nurinin transferində şəxsən maraqlı olduğunu vurğulayıb.
Qeyd edək ki, sözügedən futbolçunun "canavarlar"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
O, cari mövsüm 22 matça çıxaraq 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.