MY Maquayrın yerinə 96 milyona müdafiəçi alır

25.03.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Mançester Yunayted" 32 yaşlı mərkəz müdafiəçisi Harri Maquayrı satmaq niyyətindədir.

Fanat.Az "TEAMtalk"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" onun yerinə başqa futbolçu da tapıblar.

Bu, "Everton"un 22 yaşlı stopperi Cerred Brentueytdir. Liverpul klubunun oyunçusunun MY-yə 96 milyon başa gələcəyi vurğulanıb.

Qeyd edək ki, Maquayr 2019-cu ildən Mançester təmsilçisinin formasını geyinir. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью