MY nin sabiq stoperi Portuqaliyada

30.09.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Mançester Yunayted” və “Roma”nın sabiq müdafiəçisi Kris Smollinq karyerasını Portuqaliyada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano və “Maisfutebol” nəşri məlumat yayıb. 36 yaşlı ingiltərəli stoper azad agent statusunda “Portu” ilə müqavilə imzalayacaq.

Təcrübəli futbolçu artıq Portu şəhərinə gəlib. Tibbi müayinə və rəsmi sənədləşmə prosedurları problemsiz yekunlaşacağı təqdirdə, Smollinq italiyalı mütəxəssis Françesko Fariolinin baş məşqçi olduğu ölkə çempionunun heyətinə cəlb olunacaq.

Smollinqin son klubu iki mövsüm formasını geyindiyi Səudiyyə Ərəbistanının “Əl-Feyha” komandası olub. Karyerası ərzində “Fulhem”, “Mançester Yunayted” və “Roma” kimi klubların şərəfini qoruyan müdafiəçi 2011-2017-ci illərdə İngiltərə milli komandasında 31 rəsmi matçda daxil olub və 1 qolla yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью