MY nin vunderkindi Madrid yolunda

18.05.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mançester Yunayted"in 15 yaşlı futbolçusu Cey-Cey Qabriel İspaniya nəhənginin transfer siyahısındadır. 

Fanat.Az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, söhbət "Real Madrid"dən gedir.

Məlumata görə, "kral klubu"nun rəhbərliyi  mövsümün əvvəlində əsas komanda ilə məşq etmək imkanı qazanan yeniyetmə hücumçunun ailəsini və Mançester təmsilçisinin idarəçilərini razı salmaq üçün həm milyonlar xərcləməli, həm də qarşı tərəfə effektli layihə təklif etməlidir. Bu keçidlə bağlı tərəflərin gələn ilin yayında danışıqlar aparacağı gözlənilir.

Cey-Cey cari mövsüm U-18 Liqasında 23 qol vuraraq adından söz etdirib. 

Toğrul
 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью