MY tarixində belə rüsvayçılıq olmayıb: Amorim onun antirekordunu altüst etdi

27.12.2024

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində səfərdə "Mançester Yunayted" "Vulverhempton"a uduzub - 0:2.

Publika.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim üçün bu, çempionatdakı ilk yeddi matçında dördüncü məğlubiyyət olub.

Bununla da Amorim sələfi Erik ten Haqın tarixi antirekordunu yeniləyib. Mankunianlılar niderlandlı mütəxəssisin rəhbərliyi altında Premyer Liqada ilk 13 oyunda 4 dəfə məğlub olub. Portuqaliyalı mütəxəssis isə cəmi 7 oyuna bunu reallaşdırıb.

Heybət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью