MY üç futbolçunun gedişini rəsmən açıqladı

01.06.2025

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Gözlənildiyi kimi, “Mançester Yunayted”i bir neçə futbolçu tərk edib. Bu haqda İngiltərə klubunun saytı bazar ertəsi məlumat yayıb.
MY-nin rəsmi saytının xəbərinə görə, müdafiəçilər Viktor Lindelöf, Conni Evans və yarımmüdafiəçi Kristian Eriksenlə müddəti sona çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, hər 3 oyunçu bazar günü İngiltərə premyer-liqasının 38-ci turunun “Aston Villa” ilə matçında (2:0) komandanın heyətində sonuncu dəfə meydana çıxıblar. Erksen hətta “qırmızı şeytanlar”ın 2-ci qolunun müəllifi olub.
Qeyd edək ki, Lindelöf MY-də 2017-ci, Eriksen 2022-ci, Evans isə 2023-dü ildən çıxış edirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью