Myanma ordusu kəndi bombaladı: Onlarla ölü və yaralı var Xəbər saytı Son xəbərlər və Hadisələr

10.01.2025

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Asiya ölkəsi Myanmada ordunun silahlı etnik azlıqların nəzarətində olan bir kəndə hava hücumu nəticəsində ən azı 40 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə haber global məlumat yayıb.

Hücum zamanı başlayan yanğınlar nəticəsində kənddəki yüzlərlə ev külə dönüb. Bombalanan kəndin Ramri adasında yerləşən və Arakan ordusunun nəzarətində olan Kyauk Ni Maw olduğu bildirilib.

Myanma ordusu hadisə ilə bağlı heç bir açıqlama verməyib. Xəbər, bölgədəki bir yardım təşkilatına əsaslanaraq yayılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью