Myanmada 600 milyon dollarlıq narkotik yandırıldı KONKRET

26.06.2026

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Myanma hakimiyyətinin göstərişi ilə ölkənin iri şəhərlərində hüquq-mühafizə orqanları tərəfindən müsadirə edilmiş ümumilikdə 50 tondan çox narkotik vasitə məhv edilib.

KONKRET.az AP agentliyinə istinadən xəbər verir ki, yandırılan heroin, tiryək, ketamin, metamfetamin və marixuananın ümumi dəyəri təxminən 600 milyon dollar qiymətləndirilir.

Yanqon polisinin məlumatına görə, məhv edilən narkotik vasitələrin ümumi dəyəri ötən illə müqayisədə iki dəfə çoxdur. Təkcə ölkənin ən böyük şəhəri Yanqonda 321 milyon dollar dəyərində narkotik vasitə yandırılıb.

Xatırladaq ki, ilin əvvəlində Myanma rəsmiləri son beş il ərzində ümumi dəyəri 2.8 milyard dollar olan narkotik vasitələrin müsadirə edildiyini açıqlamışdılar.\\oxu.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью