Myanmada 7.9 ballıq ZƏLZƏLƏ: 25 ölü, 200 yaralı var

28.03.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Myanmada baş verən zəlzələdə azı 25 nəfər ölüb.

Lent.az xəbər verir ki, təxminən iki yüz nəfər yaralanıb.

Qonşu Tailandda isə 3 nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, bu gün Myanmada 7,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar qonşu ölkələrdə - Çin, Tailand və Laosda da hiss olunub.

Tailandın paytaxtı Banqkokda zəlzələdən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib. Şəhərdə tikilməkdə olan hündürmərtəbəli bina dağılıb, 40-dan çox insan dağıntılar altında qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью