Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Myanmada baş verən 7,7 və 6,4 bal gücündə iki zəlzələdə can itkiləri artmaqda davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Myanma hərbi idarə rəsmiləri açıqlama yayıb.
Bildirilib ki, zəlzələlərdə ölənlərin sayı 3 min 85-ə, yaralananların sayı isə 4 min 715-ə yüksəlib.
İtkin düşmüş 300-dən çox adamın axtarış-xilasetmə işləri davam edir.