Myanmada hərbi təyyarə quş sürüsü ilə toqquşdu

04.08.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Myanma Hərbi Hava Qüvvələrinə məxsus təyyarə təlim zamanı quş sürüsü ilə toqquşub.

525.az xəbər verir ki, bu barədə Myanma Beynəlxalq Televiziyası məlumat yayıb.

Qeyd olunub ki, Yanqonun Hmavbi bölgəsi yaxınlığında keçirilən təlim zamanı hərbi təyyarə quş sürüsü ilə toqquşub.

Pilot toqquşmadan sonra mühərriki alovlanan təyyarəni boş əraziyə doğru idarə edib və katapult edərək xilas olub.

Hadisədən sonra təhlükəsizlik qüvvələri qəza yerinə göndərilib və ərazi mühasirəyə alınıb.

Qeyd edək ki, Hmavbi bölgəsində Myanmanın hərbi hava bazası var.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью