Myanmada zəlzələdə uçan binanın dağıntıları altında 90 dan çox insanın qaldığı ehtimal edilir

29.03.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Myanmanın Mandalay şəhərində zəlzələ nəticəsində dağılmış yaşayış binasının dağıntıları altında 90-dan çox insanın qaldığı güman edilir.

APA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi məlumat verib.

Hazırda xilasedicilər 12 mərtəbəli binanın dağıntılarını təmizləyir.

Qeyd edək ki, Myanmada güclü zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb. Zəlzələ nəticəsində yaralananların sayı isə 2300-dən çoxdur.

Qeyd edək ki, ötən gün Myanmada 7, 7 və 6,4 bal gücündə iki zəlzələ baş verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью