Myanmadakı zəlzələdən sonra Tailandda 100 dən çox afterşok qeydə alındı

29.03.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Myanmada baş vermiş zəlzələdən sonra Tailandda 100-dən çox afterşok qeydə alıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tailandın Meteorologiya Departamentinin yaydığı məlumatda bildirilib.

Qurumun zəlzələləri müşahidə şöbəsindən bildirilib ki, ümumilikdə 101 yeraltı təkan baş verib.

Yeraltı təkanların maqnitudası 1,0 ilə 7,0 arası dəyişib.

Xatırladaq ki, güclü zəlzələ martın 28-də Myanma ərazisində baş verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью