Myanmadakı zəlzələdən unikal kadrlar: Yerin səthi yarıldı

14.05.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Myanmanın Tazi şəhəri yaxınlığında yerləşən nəzarət kamerası mart ayında baş verən 7.7 bal gücündəki zəlzələ zamanı yerin yarılmasını lentə alıb.

Oxu.Az xəbər verir ki, kadrlar sinqapurlu mühəndis Htin Aunq tərəfindən "Facebook"da paylaşılıb.

Videogörüntülərdə güclü zəlzələ nəticəsində Yer qabığının səthə qədər yarılması əks olunub.

Xatırladaq ki, martın 28-də Myanmada dağıdıcı zəlzələ baş verib. Tailandın Meteorologiya Departamenti zəlzələnin maqnitudasını 8.2 olaraq qiymətləndirib. Təbii fəlakətdən, həmçinin Tailand da zərər görüb, yeraltı təkanlar Çin və Vyetnamda da hiss olunub. Son məlumatlara görə, Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 800-ə çatıb, 5 mindən çox insan xəsarət alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью