Myanmadakı zəlzələlərdə 5 çinli həlak oldu

04.04.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Myanmada baş verən 7,7 və 6,4 maqnitudalı iki zəlzələdə həlak olanlar arasında Çin vətəndaşları da var.

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, zəlzələ nəticəsində 5 Çin vətəndaşı həlak olub, 13 nəfər yaralanıb.

Çinin Myanmardakı səfirliyi hadisə ilə bağlı açıqlama yayaraq zəlzələlərdən təsirlənən Çin vətəndaşları barədə məlumat verib.

Bildirilib ki, səfirlik və baş konsulluq həlak olanların ailələrinə və zərərçəkən digər vətəndaşlara lazımi yardım və dəstəyi göstərir.

Nuriyyə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью