MYdə yarıtmayan Amorim Sportinqi də çökdürdü

24.12.2024

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Mövsümün gedişində "Sportinq"i tərk edərək "Mançester Yunayted"ə keçən Rumen Amorim İngiltərə nəhəngində hələ özünü doğrultmadığı kimi, sabiq komandasını da uğursuzluğa düçar edib.

Fanat.Az xəbər verir ki, Portuqaliya klubu artıq yeni baş məşqçisi Joau Pereyranı istefaya göndərməyə hazırlaşır. 

Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. Xəbərə görə, klub rəhbərliyi nəticələrin uğursuz olması səbəbindən mütəxəssisi qış fasiləsində göndərəcək.

Qeyd edək ki, "Sportinq" Pereyranın rəhbərliyi altında keçirdiyi 8 görüşdə 4 məğlubiyyət alıb. 

Mirağa 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью