“mygov” platformasının unikal istifadəçilərinin sayı 5 milyonu ötüb

24.11.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

“mygov” rəqəmsal hökumət platformasının unikal istifadəçilərinin sayı 5 milyon nəfəri ötüb.

“APA-Economics” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, cari ilin 10 ayında platformanın istifadəçi bazasında artım müşahidə olunub.

Fərid Osmanov qeyd edib ki, vətəndaş və biznes mərkəzli dövlət xidmətlərinin təşkili rəqəmsal transformasiyanın əsas strateji hədəflərindən biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью