“MyGroup” U17 güləşinin baş sponsorudur

24.07.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gələn həftə Bakıda keçiriləcək güləş üzrə U17 Dünya çempionatının sponsorları müəyyənləşib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil olunacaq mötəbər yarışın baş sponsoru “MyGroup” olacaq. Şirkət Dünya çempionatında əsas sponsor qismində çıxış edəcək.

Bununla yanaşı, “Dükkan Projects” və “Slavyanka” brendləri sponsor, “MyWrestling” klubu isə Azərbaycan Güləş Federasiyasının tərəfdaşı kimi yarışa dəstək verəcəklər.

Qeyd edək ki, Dünya çempionatı 27 iyul – 2 avqust tarixlərində baş tutacaq. Mundialda dünyanın müxtəlif ölkələrindən 700-ə yaxın idmançı yunan-Roma, sərbəst və qadın güləşi üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью