MYni tərk etməli oldu

15.12.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Mançester Yunayted” rəhbərliyində növbəti dəyişiklik gözlənilir.

İdman direktoru Den Eşvort İngiltərə klubunu tərk edəcək. “The Sun” qəzetinin xəbərinə görə, MY-nin premyer-liqanın 15-ci turunda “Nottingem Forest”ə məğlubiyyətindən (2:3) sonra Eşvort rəhbərliklə danışıb və nəticədə onun istefası qəbul olunub. Xatırladaq ki, funksioner 5 ay əvvəl idman direktoru təyin edilib. Eşvort Mançesterə gəlməzdən əvvəl “Nyukasl”da eyni vəzifədə çalışıb.
Yeri gəlmişkən, “Yunayted” premyer-liqada keçirdiyi 15 matçda 19 xal toplayıb və turnir cədvəlində 13-cü yeri tutur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью