Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasında "Yuventus"un "Mançester Siti"ni məğlub etdiyi (2:0) matçdan sonra keçmiş ingilis futbolçu Pol Skoulz Kənan Yıldız haqqında paylaşım edib.
BAKU.WS xəbər verir ki, Pol Skolzun instaqram hesabında etdiyi paylaşım belədir: "Kimdir bu Kənan Yıldız?" "Yuventus"un evdə ingilis nəhəngini məğlub etdiyi matçda 1 məhsuldar ötürmə edən və matçın ən yaxşı oyunçularından olan Kənan Yıldız 84 dəqiqə meydanda qalıb.
O, 1 assistlə yanaşı, 28 ötürmədən 25-ni (89% dəqiqlik) dəqiqliklə edib.
Qeyd edək ki, Pol Skoulz İngiltərə millisinin keçmiş futbolçusu və "Mançester Yunayted"in əfsanəsidir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.