“MyShops”dan “Nothing” smartfonu al, Azercell dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!

23.09.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kampaniya çərçivəsində “Nothing” smartfonları faizsiz və komissiyasız, 12 aylıq hissə-hissə ödəniş imkanı ilə təqdim olunur

Azercell və “MyShops” “Nothing” smartfonları üçün yeni kampaniyaya start verir. Kampaniya çərçivəsində müştərilər “Nothing” smartfonlarını 60 AZN ilkin ödənişlə, 12 ay müddətinə faizsiz və komissiyasız əldə edə bilərlər.

Kampaniyadan yararlanan müştərilərə Azercell tərəfindən 6 ay ərzində 6 GB mobil internet təqdim olunur. İnternet paket hər 28 gündən bir yenilənir. Bundan əlavə, seçilmiş “Nothing” smartfon modelini alan müştərilərə Azercell-dən ağıllı saat da hədiyyə edilir.

Kampaniyada həm yeni, həm də mövcud Azercell müştəriləri iştirak edə bilərlər. “Nothing” smartfonları kampaniya çərçivəsində 719 AZN-dən başlayan qiymətlərlə təqdim edilir.

Kampaniya Bakı şəhərində yalnız MyShops mağazalarında və myshops.az saytında keçərlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью