Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukraynalı futbolçu Mixayl Myudrik karyerası ilə bağlı əsas məqsədlərindən və futbola olan bağlılığından danışıb.
“Yeni Sabah” xəbər verir ki, gənc oyunçu ən böyük arzusunun dünyanın ən nüfuzlu fərdi futbol mükafatı olan "Qızıl top"u ("Ballon d'Or") qazanmaq olduğunu bildirib.
Futbola olan sevgisini xüsusi ifadələrlə dilə gətirən Myudrik sağlamlığı və həvəsi imkan verəcəyi təqdirdə 40 yaşına qədər yaşıl meydanlarda çıxış edə biləcəyini qeyd edib. O, uşaqlıq illərindən bəri həyatında başqa bir yol seçmədiyini və bütün diqqətini yalnız bu oyuna yönəltdiyini vurğulayıb: Sərfəli qiymətə məhsullar
"Mənim arzum 'Ballon d'Or' qazanmaqdır. Bir gün bu mükafatı qazana biləcəyimi düşünürəmmi? Bunun üçün çalışacağıq! Əgər sağlamlığım və həvəsim yerində olsa, 40 yaşıma qədər futbol oynaya biləcəyimi düşünürəm. Futbolu nə qədər sevirəm? Aya qədər gedib geri dönəcək qədər! Həyatımda heç vaxt B planım olmayıb. Uşaqlığımdan bəri ağlımda yalnız futbol olub. Başqa heç nə. Sadəcə futbol. Kiçik yaşlarımdan özümə məqsədlər və arzular müəyyənləşdirmişəm, həmişə də onların arxasınca getmişəm. Uşaqlıqda olduğum o balaca oğlanı məyus edə bilmərəm. İrəliləməyə və arzularımı gerçəkləşdirməyə davam etməliyəm".