N12: Netanyahu və Katz İsrail ilə Livan arasında atəşkəs əmri veriblər

20.06.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrailin Müdafiə Ordusu Baş nazir Binyamin Netanyahu və müdafiə naziri İsrael Katzın əmrlərindən sonra Livana hücumları dayandırır.

Moderator.az-ın məlumatına görə, bu barədə İsrailin N12 telekanalı mənbəyə istinadən xəbər verib.

" İsrailin Müdafiə Ordusu Livanda atəşi dayandırmaq əmri alıb. İsrail hərbçiləri "sarı xətt" ərazisində qalacaq və əgər "Hizbullah" razılaşmanı pozmasa, İsrail də hücum fəaliyyətini dayandıracaq", - xəbərdə deyilir.

Məlumata görə, qərar İsrail və ABŞ siyasi rəhbərliyi arasında razılaşmadan sonra, Netanyahunun "Hizbullah" tərəfindən atəşkəs rejiminin pozulması iddiası səbəbindən Livana hücumların intensivləşdirilməsi əmrindən cəmi bir gün sonra verilib. ABŞ Prezidenti Donald Tramp son 24 saat ərzində tərəflər arasında atəşkəsdə israr edir.

İran daha əvvəl İsrail və ABŞ-nin bütün cəbhələrdə atəşkəs razılaşmanın bəndlərini pozduğunu əsas gətirərək Hörmüz boğazının gəmiçilik üçün bağlandığını elan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью