Nabi Keyta sabiq Qarabağlıların komanda yoldaşı oldu

10.12.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Liverpul"un sabiq futbolçusu Nabi Keytanın yeni klubu bəlli olub. Sport24.az xəbər verir ki, o, "Ferentsvaroş"a keçib. Bu barədə Macarıstan klubunun rəsmi saytı məlumat yayıb.

Son klubu "Verder" olan 29 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb.

Maraq üçün qeyd edək ki, "Ferentsvaroş"da "Qarabağ"ın sabiq futbolçuları Ovusu Kvabena və Kadi Borges də çıxış edir.

2018-2013-cü illərdə "Liverpul"da oynayan Nabi Keyta "Leyptsiq" və "Zalsburq"da da çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью