Nabi Keyta sabiq Qarabağlıların komanda yoldaşı oldu

11.12.2024

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Liverpul"un sabiq futbolçusu Nabi Keyta keçmiş "Qarabağ"lıların komanda yoldaşı olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Ferentsvaroş"un rəsmi saytı məlumat yayıb.

Belə ki, Nabi Keyta Macarıstan klubuna keçib.

Son klubu "Verder" olan 29 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb.

Maraq üçün qeyd edək ki, "Ferentsvaroş"da "Qarabağ"ın sabiq futbolçuları Ovusu Kvabena və Kadi Borges də çıxış edirlər.

2018-2023-cü illərdə "Liverpul"da oynayan Nabi Keyta "Leypziq" və "Zalsburq"da da çıxış edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью