​Nabiullina hara yoxa çıxıb? Peskovdan soruşdular

11.06.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanın xeyli vaxtdır ictimaiyyət arasında görünməməsi və tez-tez tənqid olunması müxtəlif şayiələrə yol açıb. 

“AzPolitika” xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin Nabiullina ilə bağlı sualına cavabında onun xəstəlik məzuniyyətinə çıxdığını deyib.

"Ona tez bir zamanda sağalmasını arzulayırıq və hər şeyin tamamilə yaxşı olacağına ümid edirik. İnsanlar bəzən xəstələnirlər; burada qeyri-adi bir şey yoxdur. Bu, sui-qəsd nəzəriyyələri üçün əsas olmamalıdır", - deyə Peskov bildirib.

Qeyd edək ki, Mərkəzi Bankın sədri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) natiqlər siyahısında olsa da, sonradan siyahıdan çıxarılmışdı. Daha sonra o, Putinin başçılığı ilə maliyyə sektoruna həsr olunan toplantıya da qatılmayıb.

Son zamanlar tanınmış rusiyalı iş adamları və iqtisadçılar tez-tez Nabiullinanın apardığı sərt monetar siyasətin iqtisadiyyata külli miqdarda ziyan vurduğunu bildirir, bəziləri hətta onu sabotajda ittiham edirlər.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью