NABU Zelenskinin ofisində istintaq aparır

04.09.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) ölkə Prezidenti Vladimir Zelenskinin ofisində istintaq hərəkətləri apardığı bildirilir.

Redaktor.az xəbər verir ki, bunu Ali Radanın deputatı Aleksey Qonçarenko “Telegram” kanalında yazıb.

“NABU Prezidentin ofisində istintaq hərəkətləri həyata keçirir”, - deyə deputat bildirib.

Qonçarenko hadisə ilə bağlı əlavə məlumat verməyib. Axtarışların Zelenskinin ofisində konkret kimə qarşı aparıldığı da açıqlanmayıb.

Qeyd edək ki, NABU sentyabrın 4-də Ukrayna Baş Prokurorluğunun Ofisində də istintaq tədbirləri həyata keçirib. Araşdırma çərçivəsində Baş Prokurorluğun kiberməsələlər üzrə departamentinin rəhbəri Sergey Kropivanın saxlanıldığı bildirilir. NABU həmin qurumun əməkdaşlarının qanunsuz çağrı mərkəzləri şəbəkəsini himayə etməsi və əmlakın leqallaşdırılması ilə bağlı cinayət işi üzrə xüsusi əməliyyat keçirdiyini açıqlayıb. 

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью