Naci Görürdən yeni xəbərdarlıq: Fay xətti qırılıb

15.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Türkiyəli geoloq Naci Görür Konyada baş verən zəlzələlərdən sonra yeni açıqlama yayıb.

Axar.az xəbər verir ki, Görür bu barədə X hesabında paylaşım edib.

"Bu gün Konyanın Tavşancı-Kulu bölgəsində 4,2 bal gücündə dərinliyi az olan zəlzələ baş verib. Xəritədə görünmür, lakin bu zəlzələ sağa sürüşən Əskişəhər fay zonasının Duzgöl istiqamətinin davamında baş verib. Bu qırılma Əskişəhər də daxil, bölgəyə təsir edə biləcək böyük bir qırıqdır", - deyə geoloq yazıb.

Qeyd edək ki, 14 martda Konyada 4,2 və 3,6 bal gücündə ardıcıl iki zəlzələ baş verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью