Icma.az, Idman.biz saytına istinadən bildirir. “Azərbaycan liqasını yaxından izləyirəm və bir “Turan Tovuz” azarkeşi kimi komandanın hazırkı
Bunu “Turan Tovuz”un sabiq baş məşqçisi Naci Şensoy futbolinfo.az-a müsahibəsində deyib. Həmin müsahibəni təqdim edirik.
– Hazırda işləriniz necə gedir? Son vaxtlarda Azərbaycan klublarından sizə hər hansı təklif olubmu?
– Bilirsiniz ki, mən hər zaman Azərbaycan klublarının gündəmində olmuşam.
Lakin bu dəfə Azərbaycandan konkret təklif almadığım üçün üç ay əvvəl Albaniyanın köklü klublarından biri olan “Laçi”yə gəldim.
2012/13 mövsümündə bu kluba qarşı Albaniya Kubokunun finalında çıxış etmişdik. Həmin vaxt mən “Bylis” komandasının baş məşqçisi idim.
Keçən mövsüm “Laçi” Albaniya Super Liqasından aşağı liqaya düşmüşdü. Hazırda məqsədim bu köklü klubu yenidən Super Liqaya qaytarmaqdır.
Turnir cədvəlində ikinci pillədəyik. Mövsümün sonunadək bu mövqedə qala bilsək, Super Liqaya birbaşa vəsiqə qazanacağıq.