Naçxıvanda müayinəyə gələn hamilə qadın xəsdəxanada vəfat edib

21.08.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvanda müayinəyə gələn hamilə Perinatal Mərkəzdə vəfat edib.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Teymurova Aysel Taleh qızı Naxçıvan Perinatal Mərkəzinə müayinə üçün gəlib və anidən halı pisləşib.

Mərkəzdə göstərilən tibbi müdaxilələrə baxmayaraq, 26 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью