Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Keçmiş tennisçi Rafael Nadal “Real”ın prezidenti olmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə o “Mundo Deportivo” nəşrinə açıqlamasında deyib:
“Real”ın çox yaxşı prezidenti var (red-Florentino Peres). İndi onların yeni rəhbərə ehtiyacı yoxdur. Lakin ümumi götürsək, mən də “Real”ın prezidenti olmaq istərdim. Niyə də yox? Düzdür, əvvəlcə əmin olmalıyam ki, bu işə hazıram, ya yox”.