Nadal kariyerasını bitirdi FOTO

20.11.2024

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

22 qat "Böyük Dəbilqə" çempionu, ispaniyalı tennisçi Rafael Nadal karyerasını başa vurub.

Milli.Az xəbər verir ki, son görüşündə Botik van de Zandşulpa 1/4 finalda 0:2 (4:6, 4:6) hesabı ilə məğlub olan Rafael Nadal daha sonra karyerasını başa vurduğunu bildirib.

Nadal pərəstişkarları ilə göz yaşları ilə sağollaşıb və ona hər zaman qeyd-şərtsiz dəstək olduqları üçün təşəkkür edib:

"Bu 20 il ərzində siz məni çiyninizdə daşıdınız, yaxşı anlarda qalib gəlməyimə kömək etdiniz və pis anlarda da mübarizəni davam etdirməyə sövq etdiniz" .

Nərmin
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью