Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq

04.11.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq

İspaniyanın tennis əfsanəsi Rafael Nadal “Real”ın İdarə Heyətinə üzv seçilməyə namizəddir.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, “Real”ın İdarə Heyəti noyabrın 4-də keçirilən iclasda Nadalın yeni üzv kimi təsdiqlənməsi məsələsini nümayəndələrin ümumi yığıncağının müzakirəsinə çıxarmaq qərarına gəlib.

Klubun fəxri üzvü olan Nadalın idman tarixindəki nailiyyətləri xüsusi vurğulanıb. Onun karyerası ərzində 92 fərdi titul qazandığı, 22 dəfə “Böyük dəbilqə” turnirlərinin qalibi olduğu, iki Olimpiya qızıl medalı əldə etdiyi və İspaniya yığmasının heyətində beş dəfə Devis Kubokunu qazandığı qeyd olunub.

“Real” rəhbərliyi Nadalın idman uğurlarından əlavə, xarakterini, təvazökarlığını, rəqiblərinə hörmətini və rəqabət ruhunu da yüksək qiymətləndirib. Klub hesab edir ki, bu keyfiyyətlər onun dəyərləri ilə üst-üstə düşür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью