Nadal “Real”da yeni vəzifəyə seçildi

21.11.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nadal “Real”da yeni vəzifəyə seçildi

Tennis əfsanəsi Rafael Nadal “Real”ın İdarə Heyətinin yeni üzvü olub.

QOL.az xəbər verir ki, Madrid klubunun növbədənkənar ümumi yığıncağında keçirilən səsvermədə Nadal 99,5 faiz səs toplayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Nadal uzun illərdir “Real”ın azarkeşidir. İspaniyalı tennisçi karyerası ərzində 22 dəfə “Böyük dəbilqə” turnirlərinin qalibi olub. Bu göstəricidə ondan öndə yalnız Novak Cokoviç (24 titul) qərarlaşıb.

Xatırladaq ki, “Real” hazırda La Liqanın turnir cədvəlində 12 turdan sonra 2-ci pillədədir. Madrid təmsilçisi lider “Barselona”dan 3 xal geri qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью