Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Dünya tennisinin əfsanələrindən biri – ispaniyalı Rafael Nadal və xanımı Mariya Fransisko Perelyo 2-ci uşağı gözləyir.
İspaniyanın “Semana” nəşri iddia edir ki, cütlük bu xəbəri yaxınlarına çatdırıb, jurnalistlər isə artıq qarnı görünməyən başlayan xanımın bir neçə şəklini çəkib. Mariya həyat yoldaşı ilə birgə ictimaiyyət önünə sonuncu dəfə martın 27-də - Nadal fondunun mükafatlarının təqdimat mərasimində çıxıb.
Rafaellə Mariyanın 2022-ci il oktyabrın 8-də dünyaya gələn oğlu da var.