Nadim Qazıbəyov ÖLDÜ

13.11.2024

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uzun illər müxtəlif dövlət vəzifələrində çalışmış, müstəqillik illərində 15 ilə yaxın Meliorasiya və Su Təsərrüfatı Komitəsi sədrinin birinci müavini olmuş Nadim Qazıbəyov vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Prezidentin fərdi təqaüdçüsü olan N.Qazıbəyov 91 yaşında dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью