Nadinc, dəcəl, yoxsa hiperaktiv? | Icma.az
Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır. Dünyada uşaqların 12%, böyüklərin 4%-i bu problemlə yaşayır Hiperaktiv sözü həddindən
Bəzən onlara “diqqət pozuqluğu olan uşaqlar” da deyirlər. Bu, əslində, uşaqların özünü idarə edə bilmədiyi psixoloji xəstəlikdir.
Övladınızın müəllimindən “uşaq dərsə qulaq asmır, fikri dərsdə olmur, həmişə nə haqdasa fikirləşir, ya da nadinclik edir” tipli şikayətlər eşidirsinizsə, o zaman övladınızda hiperaktivlik ola bilər.
Mütəxəssislər hesab edir ki, hiperaktiv uşaqlar, əslində, yaşıdlarına nisbətən daha zəkalı olur, lakin anormal dərəcədə olan hərəkətlilik onların zəkasına və dərsi qavramasına mane olur.
Onlar yaşıdlarından daha çox hərəkətlidirlər, hərəkətlərini düşünmədən və istədikləri yerdə edirlər. Onları necə tanımalı?
Psixoloqlar ağıllı, zəakalı olduqları halda, dərsə diqqət etmədiyi üçün həmişə müəllimləri və valideynləri tərəfindən danlaq eşidən hiperaktiv uşaqların ciddi psixoloji problemlər yaşayacağını bildirir.
Psixoloq Günay Həsənova deyir ki, hər hərəkətli uşaq hiperaktiv deyil: “Hiperaktiv uşaqlar ağıllı, zəkası inkişaf etmiş, bəzən hədsiz zəkalı, çox hərəkətli, diqqətsiz, tez bezən, növbəni sevməyən uşaqlardır.
Hiperaktivliyin də növləri olduğu üçün uşaq həmişə çox hərəkətli olmaya bilər.
Tam oxu
Xəbəri oxu