Nadir anasından danışıb ağladı Pulumuz o qədər az idi ki, anam...

28.01.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müğənni Nadir Qafarzadə uşaqlıq illərindən danışarkən kövrək anlar yaşayıb.

Milli.Az xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində anasından söhbət açarkən göz yaşlarına hakim ola bilməyib.

"O illər üçün çox tamarzıyam. Atalı-analı, qonşulu illərimiz... Mən 12 yaşımdan pul qazanıram. Allah Nizami Rəmziyə rəhmət eləsin, kəndimizə gəlmişdi. Məni gördü və anama dedi ki, 'Qoy bu uşağı özümlə toylara aparım, pul qazansın'. Evə ilk gətirdiyim pul 120 rubl idi. Həmin pulu anama vermişdim. Evin xərclərinə o nəzarət edirdi. Anam da bizim üçün xərcləyirdi. Pulumuz o qədər az idi ki, anam axşam bazarına gedirdi. Axşam bazarında qiymətlər ucuz olurdu. Bizi elə böyüdüb. Ona görə də anam üçün çox darıxıram. Atam üçün o qədər də darıxmıram, çünki dünyasını dəyişəndə uşaq idim. Amma anamın gözümün qabağında çəkdiyi əziyyətlər var idi. Danışa bilmirəm, qəhər məni boğur". (axşam.az)

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью