Nadir Bayramlı sənətdən gedəcəyini açıqladı KONKRET

09.12.2024

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müğənni Nadir  Bayramlı ilk dəfə olaraq ARB TV-nin “Günə Bax” verilişində səhnə ilə vidalaşmaq istədiyini  bildirib.

KONKRET.az xəbər verir ki, o, səhnədən getməsinin səbəbini belə açıqlayıb:

“Neçə vaxtır bunu gizlədirdim. Çox güman ki, səhnədən tez gedəcəm. Məncə, hər şeyin öz vaxtı var. Sənət adamı səhnəni vaxtında tərk etsə, yaxşıdır. Məsələn, bu yaxınlarda bir sənət adamı ilə efirdə oldum. Mən hiss etdim ki, aparıcı ona sual verəndə eşitməkdə çətinlik çəkir. Məncə, bu gərəksizdir. Nə qədər ki, vəziyyət o yerə çatmayıb, tamaşaçının sevgisi, məhəbbəti, etiramı azalmayıb vaxtında getmək lazımdır. Əlil arabasında səhnəyə çıxmağın heç bir mənası yoxdur.

Bunu yəqin ki, edən olmayıb. Düşünürəm ki, vida konserti təşkil edim, məni sevənlərlə sağollaşım”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью