Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dekabrın 5-də Nizami Kino Mərkəzində XVI Bakı Beynəlxalq Film Festivalının təntənəli açılışı olub.
Bu il festival çərçivəsində ümumilikdə 34 ölkəni əhatə edən 78 film Nizami Kino Mərkəzində beş gün müddətində saat 11:00-dan nümayiş olunacaq.
Bununla bağlı "Cebheinfo.az"-a açıqlamasında kino tənqidçisi, ssenarist, jüri heyətinin üzvü Nadir Bədəlov bildirib ki, festivaldakı filmlər onu kinematoqrafik baxımdan heyran edib: “Filmlərlə bağlı təəssuratım yaxşıdır.
Münsif olduğum bölmədə 10 tammetrajlı filmə baxmışam. O filmlərin hər biri kinematoqrafik baxımından yaxşıdır.
Ola bilər ki, orada qoyulan məsələlər, müəllif münasibəti, mövqeyi, dünyagörüşü, fəlsəfəsi və s baxımdan bəyənməyim və ya razılaşmayım.
Amma nədən danışırlar danışsınlar, onlar onu kinematoqrafik cəhətdən əsaslandıra bilirlər. Yəni kino bu deməkdir.
Söz öz yerində, eyni zamanda göz də burada iştirak etməlidir.