Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Çilinin Robinson Kruzo adasında bitən nadir bitki növünün qorunması üçün beynəlxalq səviyyədə tədbirlər görülür. Təbiətdə son nümunələrindən birinin qaldığı bildirilən "Dendroseris neriifolia" bitkisinin toxumları mühafizə və çoxaldılma məqsədilə Şotlandiyadakı botanika bağına aparılıb.
Mütəxəssislər toxumların qorunması və cücərdilməsi yolu ilə bitkinin gələcək nəsillərinin yetişdirilməsinə çalışırlar. Bu təşəbbüs nadir bitki növlərinin təbii mühitdə məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda onların genetik müxtəlifliyinin qorunması baxımından əhəmiyyət daşıyır.
Okeanda yerləşən Robinson Kruzo adası özünəməxsus flora və faunası ilə seçilir. Ərazidəki nadir bitkilərin qorunması üçün həyata keçirilən belə təşəbbüslər biomüxtəlifliyin saxlanmasına və təhlükə altında olan növlərin gələcəkdə təbii mühitə qaytarılması imkanlarının artırılmasına xidmət edir.
Hazırladı:
S.Rzayeva
XQ