Nadir hadisə: Mədəsindən 47 bolt çıxarıldı

22.05.2025

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranın Əlborz əyalətinin Kərəc şəhərində 60 yaşlı xəstənin mədəsindən 47 metal boltun çıxarılıb.

News24.az bu barədə İranın rəsmi xəbər agentliyi IRNA-ya istinadla xəbər verir.

Həkim bildirib ki,  xəstənin mədəsindən 47 metal bolt çıxarılıb və bu vəziyyəti nadir rast gəlinən hal kimi qiymətləndirilib.

Cərrahiyyə əməliyyatına ehtiyac olmadan, boltların endoskopik üsulla xəstənin mədəsindən çıxarıldığını qeyd edən həkim, xəstənin ümumi vəziyyətinin yaxşı olduğunu və qısa zamanda evə buraxılacağını bildirib.

Sözügedən şəxsin metal boltları necə udduğuna dair isə heç bir məlumat verilməyib.

Məryəm İlhamqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью