Nadir Nəbiyev: Qısa müddətdə çox şeyi dəyişmək çətindi

13.10.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

"Fransa ilə matçda yaxşı oyun deyil, əzmkar mübarizə aparmaq lazım idi. Bunu da hakimin final fitinə qədər görə bildik. Futbolda gözləmədiyimiz nəticələr çox olub. Amma mən Fransadan bugünkü gündə xal alacağımıza inanmırdım. Yoxsa, Ayxan müəllim çox yaxşı taktika seçmişdi. Fransa millisinə qarşı başqa cür oynamaq ağır nəticəyə gətirib çıxara bilərdi".

Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın sabiq forvardı Nadir Nəbiyev deyib. O, yığma komandamızın DÇ-2026-nın seçmə mərhələsində Fransaya (3:0) qarşı oyununu şərh edib. Bununla yanaşı, bu gün Ukraynaya qarşı keçiriləcək matçdan gözləntilərini açıqlayıb:

"Bakıda Ukrayna millisi ilə oyunda vuruşaraq bir xal qazandıq. Rəqib bu oyuna daha ciddi hazırlaşıb qələbə qazanmaq istəyəcək. Qısa vaxt ərzində iki güclü rəqiblə səfərdə oynamaq çətinlik yarada bilər. Ümid edirəm ən azı bir xal qazana bilərik. Fernandu Santuşun vaxtında millidə əzmkarlıq çatmırdı. Lakin bugün bunun əksini görürük. Qısa müddətdə çox şeyi dəyişmək çətindi. İnanıram ki növbəti oyunlarda Ayxan müəllimlə daha yaxşı milli komanda görə biləcəyik".

Ayxan Abbasov: “Ukraynaya qarşı xal qazanmaq istəyiriksə…” Elvin Cəfərquliyev: “Özümüzə inamlı şəkildə çıxış etməliyik” Millimizin baş məşqçisi: “Məğlub olmağımıza baxmayaraq…” Millimiz Özbəkistana məğlub olub Millimizin baqajı itib – komanda Polşaya əli cibində yollanıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью