Nadir Qafarzadə 200 minlik avtomobil iddialarına cavab verdi

03.02.2026

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müğənni Nadir Qafarzadə 200 min manat dəyərində olduğu iddia edilən avtomobili ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

O, Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, 2025-ci il istehsalı olan "BMW X7” markalı avtomobili uzunmüddətli kredit şərtləri ilə alıb:

"Mənim o boyda imkanım haradadır? Köhnə avtomobilimi satdım, onun da üstünə əlavə edib bu maşını aldım. Avtomobili uzun müddətə kreditlə  götürmüşəm. Biz elə də imkanlı adam deyilik".

Qeyd edək ki, müğənni Nadir Qafarzadə yaxın günlərdə 2025-ci il istehsalı olan "BMW X7” markalı yeni avtomobil alıb. 

Bahar Rüstəmli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью